16 Mart 2020 14:24
1 940
12 Punto 14 Punto 16 Punto 18 Punto

Sanksiyalar ölkənin vecinə deyil. Ona görə ki, biz sanksiyalar dönəmində itirdiyimiz qədər qazanmışıq.

Axar.az xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin deyib. Onun sözlərinə görə, Rusiya sanksiyalar ucbatından təxminən 50 milyard dollar itirib, amma bu qədər də qazanıb.

O, sanksiyaların beyinlərin yenidən işə salınmasına və Rusiyanın öz məhsullarını və texnologiyalarını istehsal etməyə səbəb olduğunu bildirib. Putin sanksiyalara verilən cavab nəticəsində Rusiyanın kənd təsərrüfatının inkişaf etdiyini söyləyib:

“Bu bizim xeyrimizədir. Sözsüz ki, bu, iqtisadiyyatımızı diversifikasiya etməyə, əsas hədəfimizə çatmağa kömək edir”.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər