18 Mart 2020 12:02
1 097
12 Punto 14 Punto 16 Punto 18 Punto

Qırğızıstanda ilk dəfə olaraq üç vətəndaşda COVID-19 koronavirus infeksiyası aşkar edilib.

Teleqraf.comxəbər verir ki, bunu respublikanın Ыəhiyyə naziri Kosmosbek Çolponbayev açıqlayıb.

“Ölkədə yeni növ koronavirusa ilk üç yoluxma halı qeydə alınıb”, – deyə nazir bildirib.

Xəstələr Cəlalabad bölgəsinin Suzak rayonunda yaşayırlar. Onlar bu yaxınlarda Səudiyyə Ərəbistanına səfər ediblər.

Qırğızıstan hökuməti Suzak bölgəsində fövqəladə vəziyyət rejimi tətbiq edib.


Müəllif: Səxavət

Oxşar xəbərlər