ABŞ konqresmeni Mario Dias-Balartda koronavirus aşkarlanıb.
Teleqraf.com xəbər verir ki, ötən şənbə konqresmen Dias-Balartda qızdırma və baş ağrısı əlamətləri ilə həkimə müraciət edib və onda COVİD-19 aşkarlanıb.
"Mən özümü çox yaxşı hiss edirəm", - deyə Dias-Balart özünün “Twitter”dəki səhifəsində yazıb. O, hamını ehtiyat tədbirlərinə riayət etməyə çağırıb.
ABŞ-da koronavirusa yoluxma hallarının sayı 7,7 min nəfəri ötüb, ölkədə ən azı 118 insan COVİD-19 infeksiyasından ölüb.