Yunanıstanın Rodos adasında 65 ölkəni təmsil edən 450 siyasi, dini, elmi və ictimai xadimlərin iştirakı ilə “Sivilizasiyaların dialoqu” dünya ictimai forumunun on ikinci sessiyası keçirilib.
Axar.az RİA Novosti-yə istinadla bildirir ki, forumda sanksiyalar siyasəti, problemlərin hərbi yolla həll edilməsi əleyhinə çıxışlar səslənib və məktəblərdə mədəniyyətlərarası dialoqların tətbiq edilməsi çağırışları eşidilib.
Xatırladaq ki, 2002-ci ildə qloballaşma şəraitində dünya inkişafının alternativ yollarının axtarılıb tapılması məqsədilə yaradılan “Sivilizasiyaların dialoqu” DİF - beynəlxalq qeyri-kommersiya qeyri-hökumət təşkilatdır.