22 Mart 2020 01:08
945
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ-ın vitse-prezidenti Mayk Pens həyat yoldaşı ilə birgə Covid-19 testi verəcəyini açıqlayıb.

Teleqraf.com xəbər verir ki, Pens ofisində çalışan işçilərdən birində yeni növ koronavirus aşkar edildiyi üçün özü də testdən keçəcəyini söyləyib.

"Həmin işçimiz bazar ertəsindən bəri işə gəlməyib. Hazıda vəziyyəti yaxşıdır. Onunla yaxın təmasım olmasa da, özüm və həyat yoldaşım koronavirus testi verəcəyik", - deyə o bildirib.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər