25 Mart 2020 17:20
1 036
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ukrayna hakimiyyəti koronavirus infeksiyası COVID-19-nın yayılması şəraitində ölkədə fövqəladə vəziyyət rejiminin tətbiq olunduğunu elan edib.

Teleqraf.com xəbər verir ki, müvafiq qərar Nazirlər Kabinetinin iclası zamanı verilib.

Baş nazir Denis Şmıqal deyib:

“Biz karantin müddətini uzadırıq və Ukrayna dövlətinin bütün ərazisində 30 gün müddətində, aprelin 24-dək fövqəladə vəziyyət rejimi tətbiq edirik”.

Ölkədə karantinin müddəti də aprelin 24-dək uzadılır.

Ukraynada koronavirus infeksiyası aşkar olunanların sayı 113-ə çatıb. Həmçinin, ölkədə koronavirusdan dörd ölüm hadisəsi qeydə alınıb.


Müəllif: Səxavət

Oxşar xəbərlər