27 Mart 2020 10:50
14 112
12 Punto 14 Punto 16 Punto 18 Punto

Fransa dövləti malyariya xəstəliyinin müalicəsində istifadə edilən xlorokin dərmanının yeni növ koronavirusa qarşı müalicədə istifadə edilməsinə razılıq verib. Bu dərmanı koronavirus xəstələri üzərində istifadə edən ilk həkim Didier Raoult olub. Onun sayəsində xəstələrin 75 faizində yaxşılaşma qeydə alınıb.

Teleqraf.com xəbər verir ki, Fransa hökuməti artıq ölkədə istehsal olunan xlorokinin ixracatını qadağan edən xüsusi qanun da qəbul edib. Hökumət eyni zamanda bu dərmandan koronavirus xəstələrinin müalicəsində istifadə edilməsinə razılıq verib.

Professor Didier Raoult bu qərara görə, ölkənin Səhiyyə Nazirliyinə təşəkkür edib.


Müəllif: Cavad

Oxşar xəbərlər