ABŞ-da yeni növ koronavirusdan (COVİD-19) ölənlərin sayı 3 min nəfəri ötüb.
Teleqraf.com xəbər verir ki, bu barədə federal və yerli hakimiyyət orqanlarının məlumatları əsasında hesablamalar aparan Con Hopkins Universiteti bildirib.
Universitetin məlumatına əsasən, ABŞ-da koronavirusa 163 429 nəfər yoluxub, 3 008 nəfər dünyasını dəyişib, 5 764 nəfər isə sağalıb.
Qeyd edək ki, hazırda ABŞ koronavirusa yoluxanların sayına görə İtaliya, İspaniya və Çini qabaqlayaraq birinci pillədə yer alır.