“Daha pessimist bir ssenarinin istisna edilməməsinə və koronavirusla əlaqədar bəzi məhdudiyyətlərin tətbiq edilməsinə baxmayaraq, aprel ayının sonlarında dünya bazarlarında neftə olan tələbat arta bilər.
Teleqraf.com xəbər verir ki, bunu “RİA Novosti”yə İsveçrə bankının mütəxəssisi Yulius Baer Norbert Rüker deyib.
Mütəxəssisin fikrincə, koronavirus pandemiyasına qarşı mübarizə çərçivəsində görülən tədbirlər iqtisadiyyatlara və neft tələbatına sarsıdıcı təsir göstərir, nəticədə hava nəqliyyatı sektoru ən çox zərəri görəcək. O, ayrıca vətəndaşlara evdəqalma təlimatlarının yollarda nəqliyyatın əhəmiyyətli dərəcədə azalmasına səbəb olacağını qeyd edib.
Rüker bildirib ki, qlobal neft tələbatı, pandemiyadan əvvəlki səviyyələrdən 10% -dən çox azalıb:
“Bazar ən az tələbat səviyyəsinə yaxınlaşıb, amma məhdudiyyətlərin bir hissəsinin qaldırılmasına aprel ayının sonlarında başlanılacaq. Bununla belə, bu ilin ikinci rübü tələb böyük həcmdə azala bilər. Buna adekvat olaraq, iqtisadiyyatlardakı geriləmənin daha uzun durğunluğa səbəb olma riski var. Məsələn, kredit borcları defolt dalğasına çevrilərsə, bu, neftə olan tələbatın gözləniləndən daha aşağı səviyyədə olacağı deməkdir”.