2 Aprel 2020 08:42
717
12 Punto 14 Punto 16 Punto 18 Punto

İsrailin səhiyyə naziri Yaakov Litzman koronavirus infeksiyasına yoluxub.

Teleqraf.comnxəbər verir ki, bu barədə “Jerusalem Times” ölkənin Səhiyyə Nazirliyinin nümayəndəsinə istinadən məlumat verib.

Qeyd olunub ki, nazir və onun həyat yoldaşına koronavirus diaqnozu qoyulub və hər iki şəxs karantinə alınıb. Nazir vəzifələrini evdən icra edəcək.

Qeyd edək ki, İsraildə 6 092 nəfər koronavirusa yoluxub, 25 nəfər ölüb.


Müəllif: Teleqraf.com