Koronavirusla bağlı ilk cinayət işi İtaliyada işlənib.
Teleqraf.com xəbər verir ki, Antonio De Pake adlı tibb işçisi xəstəxanada koronavirusla mübarizə aparan həkim Lorena Quarantayı boğaraq öldürüb.
Yerli medianın məlumatına görə, De Pake “məni koronavirusa yoluxdurdu” deyərək rəfiqəsini öldürdüyünü açıqlayıb.
O, həkimi öldürdükdən sonra polisə zəng edərək günahını etiraf edib.
Polis həkimin cəsədini evdə tapıb və bu zaman De Pakenin biləyində kəsiklər olduğunu müəyyən edib. Həkimi öldürən şəxs intihar etmək istəsə də, bu, baş verməyib. Polisə verdiyi izahatında Pake “Onu mən öldürdüm, çünki məni koronaya yoluxdurdu” sözlərini yazıb.