6 Aprel 2020 13:49
2 584
12 Punto 14 Punto 16 Punto 18 Punto

Çində ortaya çıxan və hazırda dünyaya yayılmaqda davam edən yeni tip koronavirusla bağlı ən müxtəlif versiyalar gündəmə gəlib. Koronavirusun süni şəkildə laboratoriyada hazırlanmasından tutmuş, yad planetlilər tərəfindən yayıldığına dair iddialar ortaya atılıb. Yeni bir iddia isə 5G xətlərinin koronavirusa səbəb olduğu haqdadır.

Teleqraf.com xəbər verir ki, bu iddianı hətta Hollivud ulduzu Voody Harrelson da daxil olmaqla, məşhur şəxslər məntiqli hesab edir.

Bu məntiqə görə, 5G xətləri koronavirusun yaranması və sürətlə yayılmasına səbəb olur.

İngiltərənin Birminqham, Liverpul və Belfast şəhərlərində 5G-nin stansiyaları hücumlara məruz qalıb.

Vəziyyət o həddə çatıb ki, İngiltərə hökumətinin üzvü Mixail Gove belə iddiaların təhlükəli olduğunu və telefon xətləri daxil olmaqla bəzi stansiyalara hücumların koronavirusla mübarizəyə ciddi ziyan verdiyini bəyan edib.

Xatırladaq ki, bir neçə Hollivud filmlərində yer alan Voody Harelson 2 milyondan çox izləyicisi olan İnstaqram hesabında 5G-nin mənfi təsirləri haqqında danışıb. Onun bu statusunu 25 mindən çox insane bəyənib. Həmin statusunda ünlü ulduz qeyd edib ki, 5G-nin yaydığı radiasiya epidemiyanın yayılması sürətini artırır.

Yeri gəlmişkən, “Paper Planes” mahınısı ilə şöhrət qazanan M.İ. A. Tvitter hesabı üzərindən 5G-nin virusa səbəb olduğunu deyib. O, epidemiya bitənə qədər 5G stansiyalarının bağlanmasını istəyib.

Elm adamları isə bu iddiaları təsdiq etmir. Professor Stepan Povis qeyd edir ki, bu iddialar əsassız və cəhalətin nümunəsidir.


Müəllif: Cavad