7 Aprel 2020 11:00
1 881
12 Punto 14 Punto 16 Punto 18 Punto

İngiltərənin Henri Cekson mərkəzi Covid-19 infeksiyasının dünya üzərində təsirinə Çinin cavabdeh olduğuna dair hesabat hazırlayıb.

Teleqraf.om xəbər verir ki, hesabatda Çin hökumətinin beynəlxalq sağlamlıq qanunlarını pozduğuna dair dəlillər irəli sürülür.

Virusun qlobal şəkildə 1 milyon 300 min insana bulaşdığı, 70 mindən çox insanın ölümünə yol açdığı vurğulanan hesabatda koronavirusun İngiltərə, ABŞ və Yaponiya daxil olmaqla G7 ölkələrinə 3,2 trilyon fund sterlinqə başa gəldiyi və bu zərərin Çindən təzminat kimi geri alınmasının yolları açıqlanır.

Mütəxəssislər də hesab edirlər ki, son günlər BMT və Beynəlxalq Cinayət Məhkəməsi də daxil olmaqla fərqli yollardan Çinə qarşı təzminat davasının açılması gündəmdədir. Bu iddiaların hər birində Çin Kommunist Partiyasının ən qorxulu xəbərləri dünyadan gizlətməyə çalışması və epidemiyanın yayılmasına səbəb olması istiqamətindədir.

Əgər Çin Covid-19-a görə günahkar elan ediləcəksə, Pekindən qanuni yolla trilyonlarca dollar tələb oluna bilər.

Hesabatda Çin hökumətinin xəstəliyi daha tez nəzarətə alması və Ümumdünya Səhiyyə Təşkilatına (ÜST) lazımı informasiya verməməsi, Pekinin imzaladığı Beynəlxalq Səhiyyə Qaydalarının altıncı və yeddinci maddələrini pozması iddia olunur. Əlavə edilir ki, bu pozuntular epidemiyanın Uhanda sürətlə yayılmasını təmin edib.

Henri Cekson XMərkəzinin hazırladığı hesabatda Çin hökumətinin səhlənkarlığı bu formada təsnifatlaşdırılır:

Beynəlxalq Səhiyyə Qaydalarının altıncı və yeddinci maddələrini pozaraq insandan insana yoluxma faktını bilməsinə baxmayaraq, Çin rəhbərliyi bunu 3 həftəyə qədər açıqlamayıb.

2020-ci ilin yanvarın 2-dən 11-nədək infeksiyaya yoluxanların sayı haqqında ÜST-yə qüsurlu informasiya verib.

Ölümcül heyvan qaynaqlı infeksiyadan qaçmaq istiqamətlərini qadağan etmək əvəzinə İqtisadi Sosial və Mədəni Hüquqlar üzrə beynəlxalq paktın 12-ci maddəsini pozub.

2020-ci ilin 23 yanvarında insandan insana bulaşma informasiyasının olmasına baxmayaraq, 5 milyon insanın bölgədən ayrılmasına icazə verib.


Müəllif: Cavad

Oxşar xəbərlər