7 Aprel 2020 10:38
1 439
12 Punto 14 Punto 16 Punto 18 Punto

Çeçenistanın rəhbəri Ramzan Kadırov Rusiyada regionlararası inzibati sərhədlərin bağlanmasının yolverilməz olduğunu bildirən Baş nazir Mixail Mişustinə cavab verib.

Teleqraf.com xəbər verir ki, Çeçenistan liderinin sözlərinə görə, Nazirlər Kabinetinin rəhbəri bölgədəki vəziyyətlə bağlı səhv qənaətə gəlir və yanlış informasiya verir.

“Biz heç vaxt bu barədə danışmadıq və tranzit nəqliyyat, ərzaq, dərman, avadanlıq daşınması üçün sərhədləri bağlamadıq. Logistikaya mənfi təsir edəcək tədbirlər görmədik”, – deyə R.Kadırov “Telegram”da yazıb.

Bölgənin başçısı qeyd edib ki, digər federasiya subyektlərinin sakinləri həqiqətən Çeçenistana buraxılmır.

R.Kadırovun sözlərinə görə, bu cür tədbirlər COVID-19-un yayılmasınının qarısını almağa yönəlib.

“Artıq mənfi təcrübə var. İnfeksiya gətirdilər, onlarla insan xəstələndi, bir qadın öldü”, – deyə o qeyd edib.

Bundan əvvəl M.Mişustin federasiya subyektlərinin başçılarını regional səlahiyyətlərlə federal səlahiyyətləri qarışdırmamağa çağırıb.

Aprelin 1-də R.Kadırov bildirib ki, aprelin 5-dən etibarən respublikada yerüstü və hava əlaqələri koronavirus infeksiyası ilə əlaqədar tamamilə bağlanacaq.


Müəllif: Səxavət