Dünyanın ən güclü özüyeriyən artilleriya texnikalarından biri olan “2S7M Malka”ların (SAU) modernləşdirilməsi başa çatıb, ilk nümunə sınaqdan keçirilib və qoşunlara göndərilməyə hazırdır.
Teleqraf.com xəbər verir ki, bu barədə “Uralvaqonzavod” konserni məlumat yayıb.
Modernləşmə işləmə xüsusiyyətlərini, manevr və hərəkəti, komandanlıq idarəetməsi və texnikanın bütün əsas xüsusiyyətlərini yaxşılaşdırıb. Ötürücü qutular, paylama mexanizmləri və enerji təchizatı hissələri yerli komponentlərlə əvəz edilib.
Bundan əlavə, müşahidə cihazları, rabitə avadanlıqları və radiostansiya yenilənib.
İlk modernləşdirilmiş özüyeriyə “2S7M Malka” modeli tam sınaq dövründən uğurla keçib və qoşunlara göndərilməyə hazırdır.
“2S7M Malka” 1980-ci illərdə istehsal olunan və hələ də dünyanın ən güclü texnikalarından biri sayılan “2S7 Peony” modelinin modernləşdirilmiş bir versiyasıdır. Texnika ön xəttin arxasında, taktiki müdafiə dərinliyində yerləşən mühüm obyektləri və düşmən hədəflərini zərərsizləşdirmək üçün hazırlanmışdır.