9 Aprel 2020 01:16
656
12 Punto 14 Punto 16 Punto 18 Punto

Serbiya prezidenti Aleksandr Vuçiç bildirib ki, onun oğlu koronavirus xəstəsidir.

Teleqraf.com xəbər verir ki, bu barədə dövlət başçısı özünün “Instagram”dakı rəsmi hesabında yazıb.

"Mənim böyük övladım koronavirusa yoluxub, onu yoluxucu xəstəxanaya qəbul etdilər. Oğul, sən buna qalib gələcəksən. Ata səni sevir və hamı səni sevir”, - deyə Vuçiç öz hesabında yazıb.

Dövlət başçısı paylaşıma gənc oğlunun fotosunu da əlavə edib.

Qeyd edək ki, Serbiyada koronavirus qurbanlarının sayı 65 nəfər təşkil edir. Ölkədə COVID-19 infeksiyasına yoluxanların sayı 2 666 nəfərdir.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər