9 Aprel 2020 10:26
1 292
12 Punto 14 Punto 16 Punto 18 Punto

Təlimlər zamanı rus hərbi həkimləri separatçı “Abxaziya Respublikası”nın ərazisində müasir səhra hospitalı yerləşdiriblər.

Teleqraf.com xəbər verir ki, bu barədə Cənub Hərbi Dairəsinin mətbuat xidmətindən məlumat verilib.

“200-dən çox xəstəni qəbul etmək üçün hazırlanan sahə hərbi hospitalı Abxaziya Respublikası ərazisindəki Cənub Hərbi Dairəsinin Rusiya hərbi bazasında həkimlər üçün planlı profilaktik tədbirlər və təlimlər çərçivəsində açılıb”, – deyə TASS məlumat yayıb.

Tibb ocağının mexaniki ventilyasiya cihazları da daxil olmaqla müasir tibbi avadanlıqlarla təchiz olunduğu qeyd olunur.

Bundan əvvəl Abxaziyada KOVID-19 koronavirus infeksiyasına ilk yoluxma hadisəsinin təsdiqləndiyi bildirilmişdi.


Müəllif: Səxavət

Oxşar xəbərlər