Polşa prezidenti Andjey Duda koronavirus pandemiyası səbəbindən prezident seçkilərini təxirə salmaq fikrində deyil.
Teleqraf.com xəbər verir ki, dövlət başçısı seçkilərin avqustun 6-dan əvvəl keçirilib başa çatdırılmalı olduğunu söyləyib.
Polşada prezident seçkilərinin ilk turu mayın 10-na təyin edilib.
Polşa müxalifəti prezident seçkilərinin pandemiya problemi həll olunana qədər təxirə salınmasını tələb edib. Bazar ertəsi Polşa Seymi (parlamentin aşağı palatası) hakim partiya PİS tərəfindən səsvermənin elektron formada keçirilməsi ilə bağlı qanun layihəsi qəbul edib.
Sənəd müxalifətin nəzarətində olan Senatda təsdiqlənməlidir. Lakin qanun rədd olunsa da, yenidən səs çoxluğu ilə yuxarı palatanın vetosunu dəf edə biləcək Seymə göndəriləcək.