11 Aprel 2020 00:44
968
12 Punto 14 Punto 16 Punto 18 Punto

Tramp ABŞ-da koronavirusdan öləcək insanların sayını açıqladı

ABŞ-da koronavirusa yoluxmuş azı 100 min insan öləcək.

Teleqraf.com xəbər verir ki, bu barədə ABŞ prezidenti Donald Tramp keçirdiyi brifinqdə bildirib.

"Əvvəl deyirdilər ki, əgər heç bir tədbir görülməsə 2,2 milyona qədər olacaq. Amma indi görünür, ölənlərin sayı 100 minə yaxın olacaq", - ABŞ prezidenti əlavə edib.

Qeyd edək ki, ABŞ-da 473 mindən çox insan koronavirusa yoluxub, 17 836 nəfər pandemiyanın qurbanı olub.

Birləşmiş Ştatlar dünyada koronavirusa yoluxma hallarının sayı üzrə liderdir və pandemiya qurbanlarının sayına görə İtaliyaya yaxınlaşır. Qeyd edək ki, İtaliyada 18 mindən çox insan koronavirusun qurbanı olub.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər