ABŞ-ın Blek-Rok səhrasında hər il keçirilən musiqi və incəsənət festivalı tarixdə ilk dəfə ləğv edilib.
Bu barədə qərar koronavirus pandemiyasının yayılmasının qarşısını almaq məqsədilə qəbul edilib.
Təşkilatçılar tədbirin avqustun 30-na təyin olunmasına baxmayaraq, onun ləğv edilməsi barədə qərar qəbul etmək məcburiyyətində qalıblar.
Onlar bildirib ki, insanlar qlobal problemlə üzləşib. Festivalın ləğv edilməsi barədə qərar uzun müzakirələrdən sonra qəbul edilib./Trend/