11 Aprel 2020 16:48
805
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiyalı politoloq Aleksandr Nekrasov Londonda 63 yaşında vəfat edib.

Teleqraf.com xəbər verir ki, bu barədə onun oğlu, kiçik Aleksandr Nekrasov məlumat verib.

“O, aprelin 7-də Vladimir Solovyovun proqramında iştirak etdi. Proqram Böyük Britaniyada koronavirusla mübarizəyə həsr olunmuşdu. Teleproqramdan sonra Nekrasov özünü pis hiss etdi. Diaqnoza görə onda insult baş verib”, – deyə oğlu bildirib.

Bildirilir ki, reanimasion tədbirlər kömək etməyib, pasiyent iki gün sonra ölüb.

Moskvada yaşayan Aleksandr Nekrasov rus ədəbiyyatının klassikləri Lev Tolstoy və Nikolay Nekrasovun nəticəsi idi. Onun ailəsi 1960-cı illərdə Böyük Britaniyaya köçüb, lakin sonradan Nekrasov Moskva Dövlət Beynəlxalq Əlaqələr İnstitutunda oxumaq üçün SSRİ-yə qayıdıb.


Müəllif: Səxavət

Oxşar xəbərlər