Türkiyənin paytaxtı Ankarada içərisində bir nəfərdən artıq şəxs olan avtomobillərdə maskadan istifadə məcburi oldu.
Teleqraf.com xəbər verir ki, Türkiyədə koronavirusun ən geniş yayıldığı Ankarada yerli icra strukturu nəqliyyatda ara məsafəsinin saxlanılması və maska taxımı qaydalarına mütləq əməl edilməli olduğunu bəyan edib. Qaydaları pozanlar cəzalandırılacaqlar.