Türkiyədə daha 98 nəfər pandemiyanın qurbanı olub.
Teleqraf.com xəbər verir ki, səhiyyə naziri Fahrettin Kocanın sözlərinə görə, ölkədə koronavirusdan ölənlərin ümumi sayı 1 296 nəfərə çatıb.
"Bu gün 34 456 test keçirilib, 4 093 yeni yoluxma aşkarlanıb. Yoluxanların ümumi sayı 61 049 nəfərdir. Bu gün daha 511 pasiyent sağaldı, ümumi say 3 957 nəfərdir", - nazir deyib.