14 Aprel 2020 10:15
686
12 Punto 14 Punto 16 Punto 18 Punto

Beynəlxalq Valyuta Fondu (BFV) koronavirusun fəsadları ilə mübarizə çərçivəsində 25 ölkəyə təcili borc yardımı edəcək.

Teleqraf.com xəbər verir ki, bu barədə BVF direktoru Kristina Georgiyeva bildirib.

Onun sözlərinə görə, artıq BVF İdarə Heyəti bu haqda qərar qəbul edib. Təcili borc dəstəyinin 500 milyon dollardır.

Maliyyə dəstəyi Əfqanıstan, Mərkəzi Afrika Respublikası, Cənubi Afrika Respublikası, Qambiya, Haiti, Madaqaskar, Mozambik, Nepol, Raunda, Tacikistan, Yəmən və digər ölkələrə göstəriləcək.


Müəllif: Cavad