Fransa prezidenti Emmanuel Makronun ötən gün koronavirusla bağlı çıxışı izlənmə rekordu qırıb.
Teleqraf.com xəbər verir ki, Makron çıxışında pandemiyaya qarşı yetərincə hazır olmadıqlarını bildirərək, baş verənlərə görə xalqdan üzr istəyib.
Makronun video çıxışını 36.7 milyon nəfər izləyib.
Bu izlənmə Fransanın televiziya tarixində rekord qırıb. Hətta Makronun çıxışı 2018-ci il Dünya Çempionatının finalını baxılma sayına görə geridə qoyub.
Qeyd edək ki, Makron çıxışında əlavə edib ki, mayın 11-dən etibarən ölkədə uşaq bağçaları, məktəb və liseylər açılacaq. “Lakin geniş auditoriyalar tələb edən kütləvi tədbirlər ən azı iyulun ortalarına qədər keçirilməyəcək”.
O, həmçinin ölkədə koronavirusun yayılmasının bir qədər yavaşladığını bildirib: “Birgə səylərimiz sayəsində Fransada epidemiyanın tempi azalmağa başlayır. Ölkəmizin qeyri-Avropa ölkələri ilə sərhədləri yeni bir nizama qədər bağlı qalacaq”.