Rusiyanın İrkutsk vilayətinin Anqarsk şəhərindəki 15 saylı islah koloniyasında 200-ə yaxın məhbusun iştirakı ilə iğtişaş baş verib.
Teleqraf.com xəbər verir ki, bu barədə Rusiyanın hüquq mühafizə orqanları məlumat yayıb.
Məlumatda koloniyada baş verən üsyanın təhrikçilərinin müəyyən olunduğu bildirilib.
İstintaqçılar baş verən hadisəyə görə, koloniyada olan 2 mindən çox şahidi dindirməli olacaq. Onların arasında həm məhkum, həm də islah müəssisəsinin işçiləri var.
Koloniyadakı iğtişaşdan sonra Rusiya Federasiyası Cinayət Məcəlləsinin müvafiq maddələri üzrə cinayət işi açılıb.
İlkin məlumata görə, iğtişaşlar cəza çəkənlərdən birinin kamerasını yoxlama aparmağa mane olduqdan sonra başlayıb. Daha sonra koloniyanın ərazisində yanğın baş verib.
Olayın videogörüntüsünü təqdim edirik: