18 Aprel 2020 13:00
1 169
12 Punto 14 Punto 16 Punto 18 Punto

Belarus Rusiya istehsalı koronavirus testlərindən onların səhv nəticələr verməsinə görə imtina edib.

Axar.az xəbər verir ki, bunu Belarus Prezidenti Aleksandr Lukaşenko deyib.

“Çox test edirik, amma sizə açıq şəkildə deməliyəm ki, testlər heç bir şeyə yaramır. Burada rusiyalıları Rusiya testləri ilə tədqiq etdik, 15 nəfərdə nəticə müsbət çıxdı. Rusiya testlərindən imtina etdik, Çin testlərindən yararlandıq və yalnız 1 nəfərdə koronavirus çıxdı”, – deyə o bildirib.

Qeyd edək ki, Belarus Rusiyadan almağı planlaşdırdığı 30 min koronavirus testindən imtina edib.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər