Qırğızıstanda koronavirusa yoluxanların sayı 48 nəfər artaraq 554-ə çatıb.
Teleqraf.com xəbər verir ki, bu barədə Qırğızıstanın Səhiyyə nazirinin müavini Nurbolot Usenbayev Bişkekdə keçirdiyi brifinqdə məlumat verib.
Onun sözlərinə görə, xəstələrin 134-ü tibb işçiləridir.
İndiyədək 133 xəstə sağalaraq evə buraxılıb, infeksiyaya yoluxan 5 nəfər həyatını itirib, 16 nəfərin vəziyyəti ağırdır.