Rusiya T-14 tankını Suriyada sınaqdan keçirir.
Teleqraf.com xəbər verir ki, bu barədə Rusiyanın Sənaye və Ticarət naziri Deniz Manturov bildirib.
Qeyd edilir ki, rus ordusu T-14 tankını qum üzərindəki manevr imkanlarını öyrənmək məqsədilə Suriyaya göndərib.
Nazir T-14 Armata tankının dünyada bənzəri olmadığını və Suriyadakı testərdən uğurla keçdiyini bəyan edib.
“Bu cür testlər tankın fərqli müharibə meydanlarında və şərtlərdə necə performans göstərməsinə köməklik edir” - deyə nazir qeyd edib.
Məlumat üçün deyək ki, T-14 Armata dünyanın yeganə üçüncü nəsl tankı hesab edilir.