22 Aprel 2020 22:20
590
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyədə son 24 saat ərzində daha 117 nəfər yeni növ koronavirusdan (COVİD-19) dünyasını dəyişib.

Teleqraf.com-un məlumatına görə, bu barədə öz "Twitter" səhifəsində Türkiyənin səhiyyə naziri Fəxrəddin Qoca bildirib.

Nazir bildirib ki, koronavirusdan ölənlərin ümumi sayı 2376 nəfərə çatıb.

Ölkədə 3083 yeni yoluxma halı qeydə alınıb, yoluxanların ümumi sayı 98 674 nəfərə çatıb.

Onun sözlərinə görə, ötən sutka ərzində 1559 nəfər sağalıb, sağalanların ümumi sayı 16 477 nəfər təşkil edir.


Müəllif: Teleqraf.com