Türkiyənin səhiyyə naziri Fahrettin Koca "New York Times" qəzetinin "Türkiyə koronavirusdan ölənlərin sayını gizlədir" iddialarına cavab verib.
Teleqraf.com xəbər verir ki, nazir koronavirusa qarşı aparılan mübarizə və digər məsələlərlə bağlı mütəmadi olaraq ÜST-nı məlumatlandırdıqlarını bidirib:
"Koronavirusdan dünyasını dəyişənlər qaydaya uyğun olaraq əsasən İstanbulda dəfn olunurlar. Ötən illərin müvafiq dövrü ilə müqayisədə Türkiyədə ölənlərin sayında o qədər də fərq yoxdur. Xəstəxanalarımızda da boş yerlər kifayət qədərdir. Avropa ölkələrində isə xəstəxanalardan boş yerlər demək olar ki, qalmayıb".
Fahrettin Koca "New York Times" qəzetinin Türkiyə ilə bağlı yazdıqlarının həqiqəti əks etdirmədiyini bir daha qeyd edib.