Moskva meriyası koronavirus infeksiyasının yayılması ilə əlaqədar yaranan vəziyyətə görə 1 may – Zəhmətkeşlərin Beynəlxalq Həmrəyliyi Günü münasibətilə şəhərin bəzədilməyəcəyini açıqlayıb.
Teleqraf.com xəbər verir ki, bu barədə “İnterfaks”a Moskva merinin müavini Pyotr Biryukov məlumat verib.
“Çətin epidemioloji vəziyyəti nəzərə alaraq, bu il 1 may bayramı münasibətilə ənənəvi bayram tədbirlərini ləğv etməklə bağlı qərar qəbul edilib”, – deyə agentlik onun sözlərindən sitat gətirir.
Merin müavini qeyd edib ki, şəhərin media-fasadlarında və rəqəmsal reklam lövhələrində təbrik roliklərinin və bayram video-açıqçalarının yayımı ləğv edilib.
Bundan əlavə bayram işıqları da yandırılmayacaq.