26 Aprel 2020 19:53
729
12 Punto 14 Punto 16 Punto 18 Punto

Niderlandın su samurlarının yetişdirilməsi üzrə iki fermasında koronavirus aşkarlanıb.

Teleqraf.com xəbər verir ki, nəşrin məlumatına görə, heyvanların həzmində və nəfəs almalarında problemlər müşahidə edilir. Su samurlarının fermanın işçilərindən koronavirusa yoluxmaları ehtimal edilir.

Virusun yayılmasının qarşısını almaq üçün, fermadan heyvanları və peyini çıxarmaq qadağan edilib. Müəssisələrdə təxminən 20 min su samuru var.

Son məlumata görə, Niderlandda koronavirusa təxminən 38 min insan yoluxub, 4 mindən çox insan virusun qurbanı olub.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər