Qazaxıstan Prezidenti Qasım-Jomart Tokayev koronavirus infeksiyası ilə əlaqədar tətbiq olunan fövqəladə vəziyyət rejiminin mayın 11-dək uzadılması barədə fərman imzalayıb.
Teleqraf.com xəbər verir ki, sənəddə ölkədəki mövcud vəziyyətin nəzərə alınaraq, dövlət komissiyası və ekspertlərin təklifi əsasında fövqəladə vəziyyət rejiminin uzadıldığı bildirilir.
Onun sözlərinə görə, qərarın verilməsini mövcud çətin reallıq diqtə edib.
Tokayev vurğulayıb ki, məqsəd ölkədə neqativ ssenarinin qarşısını almaqdır.
Qeyd edək ki, bundan öncə Qazaxıstanda COVID-19-a yoluxma hadisələrinin sayının 2652-yə çatdığı bildirilmişdi.