Fransada ötən sutkada 251 nəfər xəstəxanada, 184 nəfər isə qocalar evində olmaqla ümumilikdə 435 nəfər koronavirusun qurbanı olub.
Teleqraf.com xəbər verir ki, bunu ölkənin Həmrəylik və Səhiyyə Nazirliyi açıqlayıb.
Ölkədə bu günədək koronavirusdan ölənlərin sayı 24 087 nəfərə yüksəlib. İnfeksiyaya yoluxanların sayı 1 607 nəfər artaraq 128 442 nəfərə çatıb.