1 May 2020 16:36
1 084
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ-ın Çin və Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) koronavirusun yayılması ilə bağlı məlumatlarını aşkarlanması üçün kəşfiyyata təlimat verməsindən sonra ÜST-ün Pekin üzrə təmsilçisi Qauden Qaleadan kritik açıqlama gəlib.

Teleqraf.com xəbər verir ki, Qalea Çinin 3-16 yanvar tarixlərində ÜST-ə 41 yoluxmadan başqa, əlavə məlumat vermədiyini bildirib.

“Hazırda Çində milli səviyyədə araşdırmaların aparıldığını bilirik, amma biz bura dəvət edilməmişik”, - ÜST nümayəndəsi deyib.

O, ÜST-ün təkidlə bu araşdırmalar və axtarışlardan kənarda saxlanıldığını söyləyib.

Qalea ÜST-ün sözügedən araşdırmalara cəlb edilməməsinə dair Çin tərəfindən tutarlı səbəblər gətirilmədiyinə də diqqət çəkib:

“Yanvar ayında Çin bizi bildirdi ki, ölkədə 41 yoluxma faktı qeydə alınıb. Mənə elə gəlirik ki, bu doğru rəqəm deyildi. Spekulyasiyaya yol vermək istəməzdim, amma mənə elə gəlirik ki, yoluxma daha çox idi. Çin bu suallara cavab verməlidir”.

ABŞ dövlət katibi Mayk Pompeo da, Çini infeksiya məsələsində dezinformasiya yaymaqda və virusun detallarını dünya ictimaiyyətindən gizlətməkdə ittiham edib.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər