2 May 2020 19:52
1 712
12 Punto 14 Punto 16 Punto 18 Punto

Qazaxıstan bioloji silah hazırlamır, Almatıdakı Mərkəzi Referent Laboratoriyasının fəaliyyəti isə bioloji təhlükəsizlik, o cümlədən koronavirus infeksiyası ilə mübarizə çərçivəsində araşdırmalara yönəlib.

Teleqraf.com xəbər verir ki, bu fikirlər Qazaxıstan Xarici İşlər Nazirliyinin bəyanatında yer alıb.

Yerli və xarici KİV-lərdə Qazaxıstanın bioloji silah hazırlaması iddiaları ilə əlaqədar XİN-in yaydığı şərhdə deyilir:

"Tam məsuliyyətlə bildiririk ki, Qazaxıstanda hər hansı bioloji silahın hazırlanması ilə bağlı işlər, digər ölkələrə qarşı yönələn tədqiqatlar aparılmır. 1948-ci ildə Almatıda yaradılan M.Akimbayev adına Orta Asiya Vəba Əleyhinə Elmi-Tədqiqat İnstitunun basazı əsasında ABŞ-ın dəstəyi ilə Mərkəzi Referent Laboratoriyası yaradılıb. Onun fəaliyyəti Qazaxıstanda bioloji təhlükəsizliyi təmin etməyə yönəlib. Hazırda Qazaxıstan səhiyyəsi COVID-19-la mübarizəyə yönəlib və Mərkəzi Referent Laboratoriyası virusun yayılmasının qarşısının alınmasına ciddi töhfə verir. Laboratoriyada yeni infeksiyanin aşkara çıxarılması üçün testlər hazırlanır. Qazaxıstan bu laboratoriya da daxil olmaqla bioloji hədələrə qarşı mübarizdə beynəlxalq əməkdaşlığa hazırdır".


Müəllif: Nahid

Oxşar xəbərlər