Öldüyünə dair xəbərlər yayılan Kim Çen Inın 3 həftə sonra fabrikin açılışında ortaya çıxandan sonra ilk gərginlik yaşanıb.
Teleqraf.com xəbər verir ki, Cənubi Koreya ilə sərhəddə atışma olub.
Cənubi Koreyanın Baş Qərargahı yerli vaxtla 07:41-də müşahidə postunun Şimali Koreya tərəfindən demarkasiya xəttinin mərkəzi ərazisindən atəşə tutulduğunu açıqlayıb. Məlumata görə, Cənubi Koreya hərbçiləri iki dəfə cavab atəşi açıb. İnsident zamanı ölən və ya yaralannaların olmadığı vurğulanıb.
Faktla bağlı araşdırmanın aparıldığı bildirilib.