5 May 2020 13:05
929
12 Punto 14 Punto 16 Punto 18 Punto

Çinin dövlət media qurumları koronavirusun Uhan şəhərindəki laboratoriyadan yayıldığını iddia edən ABŞ dövlət katibi Mayk Pompeoya sərt reaksiya verib.

Teleqraf.com xəbər verir ki, Çində nəşr olunan “Xalqın Gündəliyi” adlı rəsmi media qurumu rəsmi Pekinə qarşı sərt ittihamlar səsləndirən Pompeonu təhqir edib.

Çin Kommunist Partiyasının rəsmi qəzetlərindən biri kimi tanınan “Xalqın Gündəliyi” yayımladığı məqalədə “Pompeo anadangəlmə yalançı və kloundur” ifadəsinə yer verib.

Çin mediası Donald Tramp administrasiyasını qarşıdan gələn seçkilərdə xalqı aldadaraq qələbə qazanmaq üçün bu kimi yalan ittihamlar səsləndirdiyini yazıb.

Rəsmi Pekin hələlik ABŞ hökumətinin ittihamlarına cavab verməyib.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər