ABŞ özünün zirehli texnika birləşmələrini bilavasitə Rusiya ilə sərhədə toplamağa başlayıb. Musavat.com-un “Reters”ə istinadən xəbər verir ki, Baltik ölkələri və Polşa ərazisinə “İronhorse” (“Dəmir at”) birləşmələrinin tərkibində 700 əsgər və 20 M1A1 tankı, həmçinin “Bradley” PDM-ləri və “Stryker” zirehli maşınları gətiriləcək.
Bu, keçmiş SSRİ ərazisində yerləşdiriləcək ən ciddi kontingentlərdən biridir və “soyuq müharibə” bitəndən sonra Birləşmiş Ştatların Avropaya ilk zirehli texnika birləşmələri göndərməsidir.
Kontingentin yerləşdirilməsi NATO-nun Şərq qruplaşmasının gücləndirilməsi çərçivəsində həyata keçirilir.