Tacikistanın şərqində, tikilməkdə olan Roqun su-elektrik stansiyası yaxınlığında 4,5 bal gücündə zəlzələ baş verib.
APA-nın İTAR-TASS agentliyinə istinadən verdiyi xəbərə görə, yeraltı təkanların episentri Düşənbədən 76 km şimal-şərqdə yerləşib.
Zəlzələ Roqun su-elektrik stansiyasına yaxın yaşayış məntəqələrində və Tacikistanın paytaxtında hiss olunub. Bu, sutka ərzində Tacikistanın şərqində qeydə alınan ikinci zəlzələdir.