9 May 2020 21:18
3 307
12 Punto 14 Punto 16 Punto 18 Punto

Koronavirusu dünyaya "ixrac" edən Çin indi satdığı sağlamlıq vasitələri ilə beynəlxalq qalmaqala səbəb olub.

Teleqraf.com xəbər verir ki, Kanadanın Çindən aldığı N95 tipli 11 milyon maskanın 8 milyonunun standartlara cavab vermədiyi aydın olub.

Kanadanın Kvebek əyalətinin Satınalma naziri Anita Anand 11 milyon maskanın təxminən 1 milyonunun standartlara cavab verə biləcəyini, 8 milyonunun istifadə üçün yararlı olmadığını deyib.

Qalan maskaların test mərhələsində olduğunu vurğulayan Anand 8 milyon standarta uyğun olmayan maskaların başqa şəkildə qiymətləndiriləcəyini qeyd edib.

Digər tərəfdən, Kanada mətbuatı da Çindən gətirilən 1 milyon N95 tipli maskanın zay çıxdığınə bildirib.

Federal hökumət, ölkədəki tədarükçülər vasitəsilə cəmi 135 milyon maska ​​üçün müqavilələr bağlamışdı. Kanada virus yayılandan bəri 33 milyondan çox tibbi maska alıb.


Müəllif: Nahid

Oxşar xəbərlər