Ermənistanın həbsdə olan sabiq prezidenti Robert Köçəryan bu səhər İrəvandakı xəstəxanalardan birində əməliyyat olunub.
Teleqraf.com xəbər verir ki, bu barədə Ermənistanın ikinci prezidentinin ofisi məlumat yayıb.
Əməliyyatın plan üzrə getdiyi, Köçəryanın səhhətinin qənaətbəxş olduğu qeyd olunub. Daimi tibbi nəzarətdədir.
Xatırladaq ki, Robert Köçəryan birinci dəfə ötən il oktyabrın 9-da əməliyyat edilib, bədənindən şiş çıxarılıb.
Sabiq prezidentin xərçəngdən əziyyət çəkdiyi bildirilir.