Rusiya Federasiyasında ötən sutka ərzində yeni növ koronavirusa 9 709 yeni yoluxma faktı qeydə alınıb.
Teleqraf.com xəbər verir ki, ölkədə virusa yoluxanların ümumi sayı 281 752 nəfərə yüksəlib.
Yoluxma halları ölkənin 85 regionunda, o cümlədən Moskvada 3 855 nəfərdə aşkarlanıb.
Son sutka ərzində 94 nəfər COVID-19-dan ölüb ki, onlardan 71 nəfəri Moskvada sakinidir. Ölənlərin ümumi sayı 2 631 nəfərə çatıb.
Son sutka ərzində Rusiyada 4 207 nəfər, ümumilkdə isə 67 373 nəfər koronavirusdan sağalıb.