ABŞ-ın Rokford şəhərində (İllinoys ştatı) yerləşən "Super 8" motelində atışma baş verib.
Trend-in "TASS"a istinadən verdiyi məlumata görə, bu barədə mətbuat konfransı zamanı yerli polisin rəisi Deniel O'Şi deyib.
Onun sözlərinə görə, atışma nəticəsində 1 nəfər ölüb, 2 nəfər isə yaralanıb. Hadisə yerinə polis əməkdaşları cəlb edilib.
D.O'Şi qeyd edib ki, silahlı şəxs moteldə barrikada qurub. Polis əməkdaşları və silahlı arasında da atışma baş verib.
Bildirilir ki, hazırda atışma davam edir. Hadisənin digər təfərrüatları barədə məlumat verilmir.