21 May 2020 13:24
2 910
12 Punto 14 Punto 16 Punto 18 Punto

Venesuela İngiltərəyə qarşı məhkəmə iddiası qaldırıb.

Teleqraf.com xarici mediaya istinadən bildirir ki, iddianı Venesuela Mərkəzi Bankı İngiltərə Mərkəzi Bankına qarşı qaldırıb.

Qeyd edilir ki, Venesuela Mərkəzi Bankı 2018-c ildən bu yana İngiltərə Mərkəzi Bankında saxladığı 1 milyard dollar dəyərində olan qızıl ehtiyatını geri ala bilmir. Hazırda İngiltərə Mərkəzi Bankında Venesuelaya aid 31 ton qızılın olduğu bildirilir.

Venesuela qızıl ehtiyatlarının bir hissəsini satmaq qərarını verib, amma İngiltərə Mərkəzi Bankı onun bu qərarını ertələyib. Venesuela qızıl satışından əldə edilən maliyyəni ölkədə COVİD-19-a qarşı görülən tədbirləri maliyyələşdirməyi planlayırmış.


Müəllif: Cavad

Oxşar xəbərlər