24 May 2020 13:19
976
12 Punto 14 Punto 16 Punto 18 Punto

Koreya Xalq Demokratik Respublikasının lideri Kim Çen İn üç həftəlik fasilədən sonra ilk dəfə ictimaiyyət önündə görünüb.

Teleqraf.com xəbər verir ki, bu barədə “Bloomberg” agentliyi xəbər yayıb.

Respublika başçısı Koreya Əmək Partiyası Mərkəzi Hərbi Komitəsinin iclasını keçirib. İclas milli müdafiə qüvvələrinin gücləndirilməsinə dair tələblərin müzakirəsinə həsr olunub. KXDR lideri, həmçinin, nüvə müharibəsinin daxili və xarici siyasi vasitələrlə qarşısının alınması məsələsini də qaldırıb.

Ancaq iclasın keçirilmə tarixi açıqlanmır. Koreyanın Mərkəzi Teleqraf Agentliyi Şimali Koreya liderinin fotosunu, həmçinin, 23 may tarixində imzalanan sərəncamları yayımlayıb.

Qeyd edək ki, mayın 22-də Cənubi Koreyanın “Yonhap” agentliyi Kim Çen İnın son üç həftə ərzində ictimaiyyət önündə görünmədiyini açıqlamışdı. Cənubi Koreyanın Birləşmə Nazirliyinin nümayəndəsi Yo Sanq-Ki rəsmi Seulun qonşu dövlətdəki vəziyyəti yaxından izlədiyini bəyan etmişdi.

Aprelin ortalarında Kim Çen İn babası, KXDR-in qurucusu Kim İr Senin doğum günü tədbirlərində iştirak etməyib. Bu səbəbdən siyasətçinin mümkün ölümü və ya xəstəliyi ilə bağlı şayiələr ortaya çıxıb. Şimali Koreya liderinin ayaq üstə dayana, normal hərəkət edə bilməməsi və ya vegetativ vəziyyətdə olması güman edilirdi. Bununla belə mayın 2-də Koreyanın Mərkəzi Teleqraf Agentliyi və ölkənin rəsmi çap nəşri Kimin yeni zavodun açılış mərasimindən fotolarını yayımlayıb.


Müəllif: Səxavət

Oxşar xəbərlər