Dünən Moskvada bank soyğunu və bank əməkdaşlarının girov götürülməsinə dair yeni görüntülər ortaya çıxıb.
Teleqraf.com xəbər verir ki, görüntülərdə Moskva hüquq-mühafizə orqanlarının əməliyyat keçirərək, şübhəlini həbs etməsi öz əksini tapıb.
Qeyd edək ki, dünən Rusiya paytaxtında özünü “kuryer” kimi təqdim edən şəxs banka daxil olaraq 5 nəfəri girov götürüb. Polis bankın yerləşdiyi ərazini mühasirəyə alıb, yolları bağlayıb. “Kuryer” isə əlindəki çantada partlayıcı olduğunu bəyan edərək bankı partladacağı ilə təhdid edib.
Bankda keçirilən əməliyyat zamanı xüsusi təyinatlı qüvvələr ora daxil olaraq şübhəlini zərərsizləşdirib.
Moskva mediası banka daxil olan şübhəlinin əlindəki partlayıcıların saxta olduğu xəbərini yayıb.