Türkiyə İran tərəfinin təklifini rədd edib.
Teleqraf.com xəbər verir ki, bu bəyanatla İranın Neft naziri Bijan Namdar Zanqaneh çıxış edib. Nazir Tehrandakı yerli radioya açıqlamasında deyib ki, Ağrının Doğubəyazid qəsəbəsində, Türkiyə-İran mavi qaz boru xətində baş verən partlayışından sonra Tehran, xətti təmir etmək üçün Ankaraya təkliflərini təqdim edib.
Onun sözlərinə görə, rəsmi Ankara İranın mavi qaz boru xəttinin təmir etməsi təklifini rədd edib.
Xatırladaq ki, martın 31-də Ağrının Doğubəyazid hissəsində İran-Türkiyə qaz xəttində partlayış olub. İranın milli qaz şirkəti Türkiyə sərhədləri içərisində həyata keçirilən “terror hücumu” səbəbindən qaz axınını dayandırdığını elan etmişdi.