26 May 2020 08:55
1 096
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) malyariyaya qarşı tətbiq olunan hidroksixloroxin dərmanı ilə COVID-19-a qarşı aparılan kliniki testləri dayandırıb.

Teleqraf.com xəbər verir ki, beynəlxalq təşkilatın rəhbəri Tedros Qebreyesus təhlükəsizlik səbəbindən bu addımın atıldığını bildirib.

Onun sözlərinə görə, bu dərmanın COVID-19 ilə əlaqədar təhlükəsizliyi yoxlamaq məqsədilə bir sıra ölkələrdəki testlər müvəqqəti olaraq dayandırılıb. Bu barədə qərar hidroksixloroxinlə müalicədən sonra ölüm hallarının artmasına dair elmi araşdırma dərc edildikdən sonra verilib.

ABŞ-ın Harvard Universitetinin tibb fakültəsinin (Harvard Medical School) və Sürix Universitet Xəstəxanasının tədqiqat qrupu dünyanın müxtəlif ölkələrində 96 mindən artıq pasiyentin məlumatlarını araşdırıblar və bu araşdırma “The Lancet“ ixtisas jurnalında dərc olunub.

Tədqiqatçılar araşdırma zamanı hidroksixloroxin və xloroxinin COVID-19 pasiyentlərində heç bir müsbət nəticə vermədiyi barədə nəticə əldə ediblər, əksinə, bu dərmanların bir çox xəstələrdə ölüm riskini artırması müəyyən edilib. Bundan başqa isə bu dərmanların ürək ritminin pozulması riskini artırdığı da bildirilir.

ÜST tərəfindən rəhbərlik edilən beynəlxalq tədqiqatlar çərçivəsində hidroksixloroxin testləri də həyata keçirilir. Bu testlərdə HİV, malyariya, Ebola və dağınız skleroz kimi xəstəliklərə qarşı tətbiq olunan müxtəlif dərmanların COVID-19 qarşı effekti də sınaqdan keçirilir.

İki həftədən sonra hidroksixloroxinlə aparılan testlər barəsindən yenidən məsləhətləşmələr keçirilməlidir.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər